Avq 05, 2015 08:29 Asia/Baku
  • Təhlükəsizlik naziri: Zalım qüvvələrin siyasəti, İslam Dünyasında ixtilaf törətməkdir
    Təhlükəsizlik naziri: Zalım qüvvələrin siyasəti, İslam Dünyasında ixtilaf törətməkdir

İranın təhlükəsizlik naziri deyib ki, zalım qüvvələrin siyasəti, sionist rejim üçün təhlükəsizlik yaratmaqdan ötrü İslam Dünyasında ixtilaf törətməkdir.

IRIB-nin məlumatına görə, İranın təhlükəsizlik naziri Mahmud Ələvi çərşənbə axşamı günü gecə İranın qərbində yerləşən Kermanşah vilayətində islami məzhəblərin ruhaniləri qarşısında əlavə edib: Zalım qüvvələrin savaşı öz simasını dəyişib və təkfirçi qruplaşmalar onların adından möminləri və islami birlik himayəçiləri olan böyük şəxsləri qanlarına qəltan ediblər.
İranın təhlükəsizlik naziri regiondakı gərginliyi düşmənlərin casusluq və kəşfiyyat xidmətlərinin istiqamətləndirilmiş planı adlandırıb və belə deyib: İslami birlik təfriqə və ixtilaf salınmaqla hədəfə alınıbdır ki, İslam Ümmətinin qüdrəti zəifləmiş olsun.
Ələvi Yaxın Şərqdəki gərginliklərə və qonşu ölkələrdə savaş, qırğın və terror əməliyyatlarının baş alıb getməsinə toxunaraq, söyləyib: Bununla belə, İranda ən yaxşı təhlükəsizliyin şahidiyik və bu amillərin heç biri cəmiyyətdə cüzi bir əmin-amansızlığın yaranmasına bais ola bilməyibdir.

Teqlər