Avq 12, 2015 13:05 Asia/Baku
  • Mehdi Haşimi
    Mehdi Haşimi

Mehdi Haşimi Rəfsəncani məhkəmə tərəfindən barəsində çıxarılan 10 il həbs qərarının icraya qoyulması ilə, Evin zindanına köçürülüb.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, İnqilab Məhkəməsii, qazı Muqeysənin hakimliyi ilə keçirilən 28 məhkəmə prosesinin ardınca, Mehdi Haşimini, barəsində irəli sürülən korrupsiya, rüşvətxorluq və saxtakarlıq ittihamları üzrə təqsirkar bilərək, əmlakının müsadirə olunması ilə 10 il həbsə və 50 şallaq zərbəsinə məhkum edib. O, bazar günü barəsində çıxarılan məhkəmə qərarının icraya qoyulması üçün, Evin zindanına müraciət edib.
Mehdi Haşiminin bəzi ailə üzvləri və vəkilləri onu Evin zindanının önünə kimi müşayiət ediblər.
Məhkəmə Hakimiyyətinin sözçüsü Qulamhüseyn Möhsünü Ejeyi şənbə günü jurnalistlərə deyib: Apelyasiya Məhkəməsi Mehdi Haşimiyə casusluq ittihamı üzrə bəraət verib. Amma, digər ittihamlar o cümlədən korrupsiya və rüşvətxurluqla bağlı çıxarılan məhkəmə qərarını İslami Cəza Qanunun 134-cü maddəsinə əsasən qüvvədə saxlayıb.
Mehdi Haşimi Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin oğludur. O, 1388-ci hicri şəmsi ilində keçirilən prezident seçkilərindən sonra İngiltərəyə getmişdi. M.Haşimi 3 il sonra, 1991-ci hicri şəmsi ilində İrana qayıdır. O, hava limanında saxlanılır və bir gün sonra barəsində çıxarılan müvəqqəti həbs qətimkan tədbiri ilə, Evin zindanına köçürülür. Amma, təqribən 3 ay sonra 10 milyard tümən zəmanət müqabilində sərbəst buraxılır.

Teqlər