İran xarici işlər naziri Pakistan baş naziri ilə görüşüb
Avq 13, 2015 15:25 Asia/Baku
Pakistanın baş naziri və İranın xarici işlər naziri Tehran və İslamabad arasında əlaqələrin hərtərəfli formada genişləndirilməsinə təkid ediblər.
İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Pakistana olan birgünlük səfəri çərçivəsində bu gün İslamabadda Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb, ikitərəfli məsələlər və regional hadisələr barədə danışıb.İranın xarici işlər naziri və Pakistanın baş naziri iki ölkə əlaqələri, xüsusilə İran və 5+1 qrupu arasında nüvə anlaşmasının əldə olunmasından sonrakı dövr üçün əməkdaşlıqlar barədə danışıqlar aparıblar.
Zərif beynəlxalq Binəzir Buhuto hava limanına daxil olduğu zaman jurnalistlər qarşısında verdiyi açıqlamada Pakistana olan səfərinin ən mühüm məqsədini bu ölkə rəsmiləri ilə müxtəlif əməkdaşlıq sahələri, xüsusilə iqtisadiyyat barədə danışıqların aparılması adlandırıb.