İran xarici işlər naziri Hindistana daxil oldu
Avq 14, 2015 09:58 Asia/Baku
-
İran xarici işlər naziri Hindistana daxil oldu
İran İslam Respublikasının xarici işlər naziri region ölkələrin turnesinin davamında Yeni Dehliyə daxil olub.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı Yeni Dehli hava limanına daxil olduğu zaman, İRİB müxbiri ilə müsahibədə deyib: Nüvə anlaşmasının ardınca iki ölkə əlaqələrinin xüsusilə iqtisadiyyat sahəsində genişləndirilməsi yollarının araşdırılması, terrorizm və ifratçılıq ilə mübarizədə əməkdaşlığın edilməsi Hindistan rəsmiləri ilə görüşlərdə diqqət mərkəzində saxlanılacaq əsas mövzulardır.Məhəmməd Cavad Zərif əlavə edib: İran və Hindistan əlaqələrinin inkişaf etdirilməsi yolunda maneələr var idi ki, bu maneələrin aradan qaldırılacağına ümidvarıq.
İranın xarici işlər naziri Hindistanın baş naziri, xarici işlər naziri, yol və nəqliyyat naziri, pirezidentin müavini və milli təhlükəsizlik şurasının katibi ilə görüşüb, danışıqlar aparmalıdır.
İran xarici işlər naziri bundan öncə Livan, Suriya və Pakistana səfər edərək, bu ölkə rəsmiləri ilə görüşüb.
İkitərəfli əlaqələrin genişləndirilməsi və terrorizm ilə mübarizədə əməkdaşlıq, İran xarici işlər nazirinin bu ölkə rəsmiləri ilə müzakirələrinin əsas mövzusunu təşkil edir.