İran xarici işlər naziri Hindistan rəsmiləri ilə görüşdü
Avq 14, 2015 14:38 Asia/Baku
-
İran xarici işlər naziri Hindistan rəsmiləri ilə görüşdü
İran İslam Respublikasının xarici işlər naziri və Hindistan rəsmiləri ikitərəfli əlaqələr habelə, regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparıblar.
İRİB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif Hindistanın baş naziri Narindra Mudi, xarici işlər naziri xanım Suşma Surac, yol və nəqliyyat naziri Netin Qat ilə ayrı-ayrılıqda görüşərək, danışıqlar aparıb.Yeni Dehlidə səfərdə olan İran xarici işlər naziri Hindistanın baş naziri ilə görüşdə regionda cərəyan edən hadisələrə habelə, İran və 5+1 qrupu arasında əldə olunan nüvə anlaşmasına işarə edərək, deyib: İran daim regional münasibətlərdə təsirli və konstruktiv rola malik olub, regionun təhlükəsizliyini himayə edib.
İran xarici işlər naziri daha sonra İŞİD terrorizmi, zorakılıq və ifratçılığı region və dünya üçün ciddi təhdid adlandırıb və deyib: Bu nəhs fenomenlərlə üzləşmək üçün dünya ölkələri ciddi iradə və əzmkarlığa malik olmalı, əməkdaşlıq etməlidirlər.
Hindistanın baş naziri Narindra Mudi də bu görüşdə İran və Hindistan arasındakı münasibətləri dərin münasibətlər adlandırıb və ümidvarlıq edib ki, son dəyişikliklərin ardınca iki ölkənin siyasi və iqtisadi əlaqələri genişlənsin.
Hindistanın baş naziri əlavə edib: Hindistan iqtisadi layihələrin icrasında o cümlədən İranın Çabəhar limanının genişləndirilməsi layihəsində iştiraka maraqlıdır.