Cənubi Afrika qitəsi İranın ən böyük partnioru ola bilər
https://azeri.sahartv.ir/news/İran-i197192-cənubi_afrika_qitəsi_İranın_ən_böyük_partnioru_ola_bilər
İran Xarici Siyasət İdarəsinin rəhbəri deyib: Cənubi Afrika , Afrika qitəsində İranın ən böyük partniorlarından biri ola bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2015 05:23 Asia/Baku
  • Cənubi Afrika qitəsi İranın ən böyük partnioru ola bilər
    Cənubi Afrika qitəsi İranın ən böyük partnioru ola bilər

İran Xarici Siyasət İdarəsinin rəhbəri deyib: Cənubi Afrika , Afrika qitəsində İranın ən böyük partniorlarından biri ola bilər.

İSNA Xəbər Agentliyinin məlumatına əsasən Məhəmmədcavad Zərif dünən axşamüstü Tehranda afrikalı həmkarının müavini Em Feketo ilə görüşdə xatırladıb: İranın Cənubi Afrika ilə əlaqəsi yüksəkdir və bu əlaqələr siyasi-iqtisadi münasibətlərdən daha da genişdir.
Nazir Afrikadakı terrorçu qrupların olmasını region və dünya stabilliyi və sabitliyi əleyhinə ciddi bir hədə hesab edib və söyləyib: Ekstremizmə qarşı mübarizə İran və Cənubi Afrikanın əsas əməkdaşlıq predimetlərindən biri kimi diqqət mərkəzində durur.
Bu görüşdə Cənubi Afrikanın xarici işlər nazirinin müavini Em Feketo da bəyan edib: Ölkəsi Cənubi Afrika ən çətin mərhələlər və embarqo dövründə İranla dostluq münasibətlərini qoruyub.
Cənubi Afrikanın xarici işlər nazirinin müavini İran səfərindən sevincini qeyd edərək Tehran səfərini müsbət dəyərləndirib və deyib: Bu səfər nailiyyətləri bütün zəminlərdə qarşılıqlı əlaqələrin daha da sıxlaşmasına səbəb olacaq.
Cənubi Afrikanın xarici işlər nazirinin müavini Em Feketonu müşayiət edən siyasi-iqtisadi nümayəndə bir heyət Tehranda İran-Cənubi Afrikanın altıncı siyasi komissiyası iclasında iştirak etmək üçün İrana gəlib.