İran İŞİD ilə mübarizənin öncülüdür
Sen 01, 2015 17:03 Asia/Baku
-
İran İŞİD ilə mübarizənin öncülüdür
İran xarici işlər naziri deyib ki, İran daim terrorçu İŞİD qrupu ilə mübarizənin öncülü olub.
IRIB-nin məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü tunisli müxbirlərlə müsahibədə bildirib ki, İŞİD ilə real mübarizə siyasi iradəyə ehtiyaclıdır.O, əlavə edib: Regionda terrorizm və İŞİD ilə mübarizəyə mane olmuş ikili standartların kənara qoyulması İŞİD ilə mübarizəyə kömək edə bilər.
İran xarici işlər naziri söyləyib ki, bir ölkədə İŞİD ilə mübarizənin aparılması, digər bir ölkədə isə bu terror qrupuna kömək edilməsi mümkün deyil.
Zərif bildirib ki, İslam və ərəb dünyasının problemlərinin həlli dialoq, mötədillik və siyasi proses yolu ilə mümkündür. O, deyib ki, xarici ölkələr müdaxiləyə son qoymalı və bu danışıqlara kömək etməlidirlər.
İran xarici işlər naziri vurğulayıb ki, İran bu danışıqlara yardım üçün digərləri, xüsusən Tunislə həmkarlığa hazırdır.
Zərif sonra nüvə məsələsinin həllini yeni bir fürsət və bütün region və dünya üçün bir qələbə adlandırıb. O, bildirib ki, İranın dinc nüvə fəaliyyətləri heç bir qonşu ölkə və İslam Dünyası üçün bir hədə deyil.
İran xarici işlər naziri Suriya və Yəmən məsələlərinə də toxunub və bildirib ki, bu ölkələrin məsələləri həmin ölkələrin xalqları üçün qəbulediləsi prinsiplər əsasında həll olunmalıdır və bu, xarici müdaxilədən pəhriz, ifratçılıqla mübarizə, qanuna və onları xalqlarının nəzərlərinə hörmətə şamil olur.
İranın diplomatiya idarəsinin başçısı suriyalı şəxsiyyətlərin gələcəyi barədə də yalnız Suriya xalqının qərar çıxarmaq haqqına malik olduğunu xatırladaraq, deyib: Tehranın siyasəti elə əvvəldən bu olubdur ki, Yəmənə qarşı hücumlar dayandırılmalı, əhatəli danışıqlar keçirilməli və Yəməndə əhatəli hökumət yaradılmalıdır və İran bu sahədə əlindən gələni əsirgəməyəcəkdir.
İran xarici işlər naziri özünün regional səfərinin yeni mərhələsinin əvvəlində Tunisə səfər edib.