Sen 03, 2015 19:24 Asia/Baku
  • General-mayor Səlami: Amerika İran xalqının birinci dərəcəli düşmənidir
    General-mayor Səlami: Amerika İran xalqının birinci dərəcəli düşmənidir

Sepah-ın baş komandan əvəzi Amerikanı İran xalqının birinci dərəcəli düşməni adlandırıb.

Fars xəbər agentliyinin məlumatına görə, Sepah-ın baş komandan əvəzi general-mayor Hüseyn Səlami cümə axşamı günü Tehranda bəsic batalyonlarının "Sarəllah qüdrəti" manevri formasında keçirilən əlli minlik əzəmətli toplantısında vurğulayıb ki, İranın silahlı qüvvələri düşmənlərin hərbi seçiminə qətiyyətli cavab verəcəklər.



General-mayor Səlami əlavə edib: İran İslam Respublikası hər gün amerikalıların rəftar və fəaliyyətlərinə nəzarət edir və əgər İran qarşısında səhvə yol verərlərsə, İranın silahlı qüvvələri onların regiondakı bütün iqtisadi və siyasi maraqlarını odlayacaqlar.



Sepah-ın baş komandan əvəzi "hegemonçuların ayaqlarının altına qırmızı xalça sərməyəcəyik!" deyərək, əlavə edib: Nüvə razılaşması əldə olunsa da, olunmasa da böyük islami sivilizasiya üçün bir dayağa çevrilmək istiqamətində İranın elmi-texniki irəliləyişləri davam edəcək.



General-mayor Səlami həmçinin belə qeyd edib: Biz Qərbin dünyadakı qüdrətinin tənəzzülünün formalaşmasının, İslam İnqilabı Günəşinin isə bütün islami ölkələrdə parlamasının şahidiyik.

Teqlər