Alman nazirin Tehranda iqtisadi görüşləri
Sen 06, 2015 16:48 Asia/Baku
Almaniyanın Baden Vurtemberq əyalətinin iqtisadiyyat naziri enerji sektorunda həmkarlıq və investisiya məsələlərinin araşdırılması üçün İranın energetika nazirinin görüşünə gedib.
Bazar günü səhər Tehrana gəlmiş Almaniyanın Baden Vurtemberq əyalətinin iqtisadiyyat naziri Nilz Şmidt İranın neft naziri ilə görüşdən sonra energetika naziri Həmid Çitçiyan ilə görüşüb.Müxtəlif şirkətlərin nümayəndələrindən təşkil olunmuş 68 nəfərlik alman heyət Almaniyanın Baden Vurtemberq əyalətinin iqtisadiyyat nazirini İran səfərində müşayiət edir. Onların arasında emal oluna bilinən enerjilər sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri də iştirak edirlər.
Çitçiyan İran İslam Respublikası ilə Almaniya Federativ Respublikasının uğurlu və uzun iqtisadi və ticari keçmişə malik olduqlarını bildirərək, ümidvarlıq edib ki, yeni şərait və sanksiyalardan sonrakı şərait nəticəsində iki ölkənin müəssisələri arasında yaxşı həmkarlıqların şahidi olmaq olacaq.
İranın energetika naziri almanların emal oluna bilinən enerjilər sahəsindəki keçmişinə işarə edərək, deyib: Bu görüşdə qərara alındı ki, bu sahədə fəaliyyət göstərən əlaqədar alman şirkətlər İran Müasir Enerjilər Təşkilatı(SANA) ilə əlaqələrini qursunlar və bu barədə müzakirələr keçirilsin.
Almaniyanın Baden Vurtemberq əyalətinin iqtisadiyyat naziri Nilz Şmidt də İran ilə iqtisadi əməkdaşlıqlardan sevinc hissi ifadə edərək, bildirib ki, bu həmkarlıqlar emal oluna bilinən enerjilər, şəhərsalma və şəhərdaxili layihələr sahələrində davam edəcək.
O, modern təchizatlar, eləcə də mütəxəssis və yararlı şəxslərdən istifadəni iqtisadi layilərdə uğur amilləri adlandıraraq, söyləyib: Almaniya İran İslam Respublikası ilə öz iqtisadi həmkarlıqlar həcmini artırmağa hazırdır.
İran ilə Altılığın 14 iyul razılaşmasından sonra Almaniya kanslerinin əvəzi Ziqmar Qabrielin sədrliyi ilə İrana gəlmiş ilk siyasi-iqtisadi heyətin təmsilci kimi Almaniya sanksiyaların rəsmən götürülməsindən sonra İranla əməkdaşlıqları daha da genişləndirmək fikrindədir.
Linde, Zimens, Mersedes Daymler, Basef, Fuleks Vaqon, CIZ və onlarla alman şirkət həmin səfərdə Almaniya kansleri əvəzini müşayiət edirdi. Həmin səfərdən və Bijən Zəngənə və Ziqmar Qabrielin görüşündən sonra qərara alındı ki, cari ilin payızında iki ölkə arasında birgə komissiyanın iclası keçirilsin.
Almaniya altqurum, təchizatlar, neft-kimya, neftayırma və turbin istehsalı sahələrində İranın birinci şərikidir.