İran və İspaniya xarici işlər nazirləri Tehranda mətbuat konfransı keçiriblər
Sen 07, 2015 17:53 Asia/Baku
İran İslam Respublikası və İspaniya xarici işlər nazirləri Suriya böhranının diplomatik və dinc yolla həll olunmasının vacibliyini vurğulayıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ispaniyalı həmkarı Xose Maneul Qarsia ilə Tehranda keçirdiyi müştərək mətbuat konfransında deyib: Suriya məsələsi diplomatik yolla həll edilməlidir və bu ölkə prezidenti barəsində yalnız Suriya xalqının qərar vermək haqqı vardır."Suriya prezidenti barədə şərtlər irəli sürənlər bu ölkədə qanların axıdılmasında məsuliyyət daşıyırlar. Çünki Suriya xalqının qərarının əvəzinə öz qərarlarını bu ölkəyə qəbul etdirmək niyyətində idilər" -deyə Zərif əlavə edib.
Bölgədə radikallıq və terrorizm təhlükəsinə toxunan İran xarici işlər naziri deyib: Bu təhlükə Avropa ölkələrini də hədələyir və miqrant böhranın yaranmasına səbəb olub. Elə buna görə onun barəsində ciddi şəkildə hərəkətə ehtiyac vardır.
İran xarici işlər naziri həmçinin İran və İspaniyanın ikitərəfli əlaqələrinə münasibət bildirib: İran İslam Respublikası İspaniya ilə bütün sahələrdə, o cümlədən dəmiryolu, nəqliyyat və digər iqtisadi infrastrukturlar sahəsində əməkdaşlıqları genişləndirməkdə maraqlıdır.
İspaniya xarici işlər naziri Xose Manuel Qarsiya da bu mətbuat konfransında regionda terrorizmin genişlənməsindən nigaranlıq edərək bu problemlə qarşılaşmaq və onu məhv etmək üçün təsirli bir yolun tapılmasını istəyib.
Qarsiya əlavə edib: İran İslam Respublikası stabillik, təhlükəsizlik və sülhdə önəmli rola malikdir və iki ölkə bu sahədə öz adından da böyük işləri həyata keçirə bilərlər.
İspaniya xarici işlər naziri həmçinin İran və İspaniya əlaqələrinə toxunub və deyib: İran və 5+1 qrupunun nüvə anlaşması əməkdaşlıqları genişləndirmək üçün yolu açıb və İspaniya İranla infrastruktur və investisiya əməkdaşlıqların genişləndirməyə hazırdır.