"AEBA yaxşı olar ki, diqqətini yol xəritəsinin icrasına yönəltsin"
Sen 08, 2015 10:29 Asia/Baku
-
"AEBA yaxşı olar ki, diqqətini yol xəritəsinin icrasına yönəltsin"
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri agentliyin baş direktorunun Parçin barəsindəki açıqlamasına reaksiyada deyib: İranın qənaətincə, yaxşı olar ki, agentlik diqqətini yol xəritəsinin icrasına yönəltsin.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bazar ertəsi günü mətbuat konfransında bir suala cavabda öncəki mövqeyi təkrarlamaqla deyib: Parçində istehsal agentliyin araşdırmalarına təsir göstərir.İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri və nümayəndəsi Rza Nəcəfi deyib: Parçin adi bir hərbi obyektdir, onda istehsalat təbii məsələdir və agentliyə də əlaqəsi yoxdur.
Nəcəfi əlavə edib: Bu məsələ o qədər aydındır ki, hətta Amerika rəsmiləri də ona etiraf ediblər.
Nəcəfi xatırladıb: Hətta agentliyin öz hesabatında da qeyd olunub ki, Parçində bir binaya kiçik bir hissənin əlavə olunmasının agentliyin iddia etdiyi binaya əlaqəsi yoxdur.
İranın AEBA-dakı nümayəndəsi deyib: Cənab Amanonun təkrar etdiyi kimi agentlik İranla yol xəritəsini imzalayıb və ona əsasən tərəflər tərəfindən addımlar atılmalı və iki tərəf arasında olan məsələlər 2015-ci ilin sonuna qədər bitməlidir. Buna görə, İranın fikrincə, agentlik yaxşı olar ki, diqqətini yol xəritəsinin icrasına yönəltsin.