Sen 10, 2015 10:17 Asia/Baku
  • Qoşulmama Hərəkatı İranın nüvə proqramı qətiyyətli şəkildə dəstəklədi
    Qoşulmama Hərəkatı İranın nüvə proqramı qətiyyətli şəkildə dəstəklədi

Qoşulmama Hərəkatı bir bəyanat verərək İran İslam Respublikasının nüvə proqramı, o cümlədən zənginləşdirmə haqqını dəstəkləyib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, çərşənbə günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının sentyabr ayındakı iclasında Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndəsi olaraq İranın bu agentlikdəki daimi nümayəndəsi Rza Nəcəfi tərəfindən oxunub. Bəyanatda bu hərəkatın prinsipial mövqeləri, o cümlədən sülhməramlı məqsədlər üçün nüvə enerjisindən faydalanmaqda bütün ölkələrin əsaslı və ayrılmaz haqqı, İran İslam Respulbikasının nüvə texnologiyasından sülhməramlı şəkildə istifadəsi haqqı qeyd olunub.


Bu bəyanatda həmçinin Yekun Müştərək Təşəbbüs Proqramı barədə anlaşmanın əldə olunması müsbət qarşılanıb: Qoşulmama Hərəkatının qənaətincə bu anlaşma İranın sülhməramlı nüvə məsələsinin həllinə kömək edir.


Qoşulmama Hərəkatı həmçinin bütün ölkələri təşviq edir ki, bu məqsədi əldə etmək üçün müsbət şəkildə addım atsınlar. Qalan məsələlərin həlli istiqamətində İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında yol xəritəsinin imzalanması da müsbət qarşılanıb.

Teqlər