İslam İnqilabının Böyük Rəhbəri iranlı zəvvarın vəfat etməsinin ardınca başsağlığı veriblər
Sen 13, 2015 18:27 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin rəisi İnqilab Rəhbərinin adından Məkkədə baş vermiş hadisədə həlak olan iranlı zəvvarların ailələrinə başsağlığı verib.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalında yer alan məlumata görə, höccətülislam vəlmüslimin Məhəmməd Məhəmmədi Qolpayeqani bazar günü İnqilab Rəhbəri tərəfindən Vəli Fəqihin nümayəndəsi və iranlı zəvvarların rəhbəri höccətülislam vəlmüslimin Seyid Əli Qazi Əsgər ilə telefon əlaqəsi saxlayıb və Məkkə hadisəsində zərər çəkmiş iranlı zəvvarların son durumu ilə maraqlanıb.İslam İnqilabının Böyük Rəhbərinin ofisinin rəisi bu telefon əlaqəsində iranlı zəvvarların vəziyyəti ilə bağlı son durumu öyrənib. Höccətülislam vəlmüslimin Qazı Əsgər də baş vermiş hadisə və hadisə nəticəsində həyatını itirənlərin dəqiq sayı barədə məlumat verib.
Cümə günü Məkkədə bir qaldırıcı kranın aşması nəticəsində 107 zəvvar həyatını itirib, 238 nəfər isə yaralanıb. Bu hadisədə 5 iranlı zəvvar da həyatını itirib.