Sen 14, 2015 21:31 Asia/Baku
  • İran, Amerika və Çin Ərak ağırsu reaktorunun yenidən layihələşdirilməsi sənədlərini araşdırıblar
    İran, Amerika və Çin Ərak ağırsu reaktorunun yenidən layihələşdirilməsi sənədlərini araşdırıblar

İran, Amerika və Çin üçtərəfli bir iclasda Ərak ağırsu reaktorunun yenidən layihələşdirilməsi məsələsini müzakirə ediblər.

İRNA-nın məlumatına görə, İran, Amerika və Çinin energetika rəsmiləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu iclasının kənarında Vyanada üçtərəfli görüş təşkil edərək, nüvə anlaşmasının icrası ilə əlaqədar mövzuları araşdırıbalr.


Ərak ağırsu reaktorunun yenidən layihələşdirilməsi məsələsinin araşdırılması müzakirə mövzularından biri olub.


İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi 26 avqust tarixində Çinə olan səfəri zamanı Ərak ağırsu reaktorunun yenidən layihələşdirilməsi barədə bu ölkə rəsmiləri ilə danışıqlar aparmışdı.


Hazırda Çin İran İslam Respublikası ilə geniş iqtisadi, siyasi əlaqələrə malikdir və Rusiyanın kənarında 5+1 qrupunun digər üzvləri ilə müqayisədə daha uyğun mövqeyə malikdirlər.

Teqlər