Sen 15, 2015 19:35 Asia/Baku
  • İran xarici işlər naziri Çin baş naziri ilə görüşüb
    İran xarici işlər naziri Çin baş naziri ilə görüşüb

İran xarici işlər naziri Çin baş naziri ilə görüşdə Çinin İranla 5+1 qrupu arasındakı müzakirələrdə müsbət rolunu alqışlayıb.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, Pekində səfərdə olan İRan İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif İran və Çinin dərin və strateji əlaqələrinə toxunaraq deyib: Ümidvarıq ki, Çin Yekun Müştərək Təşəbbüs Proqramının icrası prosesində də öz müsbət rolunu davam etdirəcək.
İki ölkənin müxtəlif sahələrdə əlaqələrinin genişlənməsinə şəraitin yaradılmasını qeyd edən Zərif bildirib: İki ölkənin əməkdaşlıqları İpək Yolu çərçivəsində genişlənə bilər.
İranın xarici diplomatiya idarəsinin rəhbəri həmçinin İran İslam Respublikasının Çinin enerjisinin təmin olunması üçün etibarlı şərik ola biləcəyini bildirərək xatırladıb: Yekun Müştərək Təşəbbüs Proqramının icrasından sonra iki ölkə arasında əlaqələr daha da genişlənəcək.
Çinin baş naziri Li Keçyanq da İranın nüvə proqramının həllini müsbət qarşılayaraq ümidvarlıq edib ki, bu anlaşma tam şəkildə icra olunacaq və bütün tərəflər öz öhdəliklərini yerinə yetirəcəklər.
Li Keçyanq bildirib: Nüvə anlaşması Yaxın Şərq regionunda stabilliyin yaranması və beynəlxalq məsələlərin həllində önəmli rola malikdir.
O həmçinin əlavə edib: İran və Çin iqtisadiyyatları bir-birinin təkmilləşdiricisidir və iki ölkə müxtəlif sahələrdə münasib əməkdaşlıqlara malik ola bilərlər.
İran xarici işlər naziri bazar ertəsi günü Çinin yüksək səviyyəli rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə paytaxt Pekinə daxil olub.
Məhəmməd Cavad Zərif bu gün çinli həmkarı ilə görüşərək müştərək mətbuat konfransı keçirib.

Teqlər