Sen 18, 2015 09:09 Asia/Baku
  • Zərif: Vyana anlaşmasına əsasən İrana qarşı sanksiyalar ləğv edilməlidir
    Zərif: Vyana anlaşmasına əsasən İrana qarşı sanksiyalar ləğv edilməlidir

İran İslam Respublikası xarici işlər naziri deyib: ABŞ-ın İrana qarşı ədalətsizcəsinə olan sanksiyaların ləğv edilməsi üzrə sədaqətinin sınanması zamanı çatıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Çin-in dövlət telekanalı ilə müsahibədə deyib: İran Vyana anlaşması üzrə öz öhdəliklərinə sadiqdir və bu anlaşmaya görə İrana qarşı sanksiyalar ləğv edilməlidir.
Məhəmməd Cavad Zərif əlavə edib: Vyana anlaşması tamamilə aydın bir anlaşmadır. ABŞ prezidenti bu anlaşmaya əsasən Konqresi İrana qarşı sanksiyaları ləğv etməyə qane etməli və bu yolla anlaşmanı icraya qoymalıdır. Əks təqdirdə dünya ictimaiyyəti ABŞ-ın öz iradəsini digər ölkələrə diktə etmək niyyətində olduğunu, zorakılıq və sanksiyalar yolu ilə öz istəklərinə çatmaq istədiyini anlamış olacaq.
Zərif İran və Çin münasibətləri haqda da deyib: Çin İranın mühüm ticarət şərikidir. Həmçinin, müsbət və konstruktiv baxışa malik olan böyük çəkili bir nüvə müzakirəçisidir. Buna görə də, iki ölkə münasibətləri gələcəkdə bütün sahələrdə xüsusilə də enerji sektoru və terrorizm ilə mübarizə sahəsində genişlənmiş olacaq.
İran xarici işlər naziri Suriyalı mühacirlər məsələsi barədə də deyib: Bu böhran əslində Qərbin islamofobiya çərçivəsində Yaxın Şərq və Suriya əleyhin yürütdüyü yanlış siyasətin nəticəsidir. Artıq qərblilərin həqiqətləri görməsi lazımdır. Yanlış siyasətləri nəticəsində genişlənən ifratçılıq və kobudluğun təəssüf doğuran sonuclarına qatlaşmalıdırlar.
Zərif ifratçılığı, hansı dinin adına törədilməsindən asılı olmayaraq qəbuledilməz adlandırıb və deyib: Qorxunc cinayətə yol verən şəxslərin bir çoxu öz çirkin əməllərini İslam adına bağlamağa çalışırlar. Amma, İslam dini, Xristianlıq dini və ya istənilən dinin adına nisbət verilməsindən asılı olmayaraq, ifratçılıq qəbuledilməzdir və onunla mübarizə aparılmalıdır.
İranın xarici işlər naziri bazar ertəsi günü Çinə səfər edib və bu ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşüb. İkitərəfli əlaqələrin genişləndirilməsi, habelə, ən mühüm regional və beynəlxalq məsələlər bu ikitərəfli görüşlərdə müzakirə edilən əsas mövzular olub.

Teqlər