Sen 20, 2015 17:20 Asia/Baku
  • Zərif və Amano Tehranda məsləhətləşmə aparıblar
    Zərif və Amano Tehranda məsləhətləşmə aparıblar

İran İslam Respublikası xarici işlər naziri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru iki tərəfin razılaşdığı yol xəritəsinin icra prosesi və cəhətləri barədə danışıqlar aparıblar.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə Tehranda görüşdə deyib: İki tərəfin müzakirələrinin sona çatması ilə İranın nüvə fəaliyyətlərinin sülhməramlı olmaması barədəki əsassız ittihamlara son qoyulacağı gözlənilir.
Zərif əlavə edib: İran İslam Respublikası ötən illər ərzində öz nüvə proqramının şəffaflaşması istiqamətində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə yaxşı və fəal əməkdaşlıq etmişdir.
İran xarici işlər naziri Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıqların davam etməsi üzrə Tehranın ciddi iradəyə malik olduğunu bildirərək ümidvarlıq edib ki, növbəti əməkdaşlıqlar prosesi İranın ictimai fikrində bu beynəlxalq qurum və onun peşə mövqeyi ilə əlaqədar mənfi gümanları aradan qaldıracaq.
AEBA baş direktoru Yukiya Amano da bu görüşdə Yekun Müştərək Təşəbbüs Proqramını beynəlxalq diplomatiya üçün sınaq adlandırıb və deyib: Tehrana səfəri İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında yaxşı əməkdaşlıqlar çərçivəsində baş tutub.

Teqlər