İran xarici işlər naziri Nyu-Yorka səfər edib
Sen 22, 2015 10:50 Asia/Baku
-
İran xarici işlər naziri Nyu-Yorka səfər edib
İran xarici işlər nazirinin başçılığı ilə İranın nüvə müzakirə komandası Yekun Müştərək Təşəbbüs Proqramının icrasına başlamaq üzrə lazımi koordinasiyaların edilməsi və son vəziyyətin araşdırılması üçün Nyu-Yorka səfər edib.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, İran və 5+1 qrupunun müzakirələri BMT Baş Assambleyasının 70-cı zirvə toplantısının kənarında xarici işlər nazirləri, müavinlər və ekspertlər səviyyəsində keçiriləcək.Müzakirəçilər siyasi müstəvidə son vəziyyəti qiymətləndirəcək və Yekun Müştərək Təşəbbüs Proqramının icrasına başlamaq üçün lazımi koordinasiyaları edəcəklər. Ekspertlər səviyyəsində icranın başlanmasının formatı və Ərakın yenidənqurma əməliyyatının icrası, təbii uranla zənginləşdirilmiş uranın mübadiləsi əməliyyatının detalları üzrə anlaşma və ABŞ və Avropanın sanksiyalarının ləğvi üzrə qaydalar barəsində məsləhətləşmələr aparılacaq.
Rus medialarının bildirdiyinə görə, 28 sentyabrda İran və 5+1 qrupuna üzv ölkələrin xarici işlər nazirləri bir-birləri ilə görüşəcək və ondan öncə nazirlərin müavinləri Yekun Müştərək Təşəbbüs Proqramının icrası üzrə şəraitin yaradılmasını siyasi və ekspert səviyyəsində müzakirələr aparacaqlar.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də Yekun Müştərək Təşəbbüs Proqramı çərçivəsində ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək.