General Fədəvi: Amerikalılar passiv mövqedədirlər
Sen 22, 2015 13:49 Asia/Baku
İran İslam İnqilabı Keşikçilər Korpusunun dəniz qoşunları komandanı deyib: Amerikalılar uzun illərdir ki, passiv mövqedədirlər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçilər Korpusu Sepah-ın dəniz qoşunları komandanı general Hüseyn Fədəvi Müqəddəs Müdafiə Həftəsinin ilk günündə İslam Şurası Məclisinin plenar iclasında deyib: İslam İnqilabı illərdir ki, önləyici qüdrətə malikdir və amerikalılar Fars körfəzində o qədər diqqətli olmalıdırlar ki, onlara atəş açılmasın.İslam İnqilabı Keşikçilər Korpusu Sepah-ın dəniz qoşunları komandanı əlavə edib: Amerikalılar 2020-ci ilə qədər öz hərbi strategiyasında bildiriblər ki, heç bir quru müharibə onların proqramında yoxdur. İranın önləyici qüdrətinə görə, onlar bu qərarı vermişlər.
General Fədəvi Fars körfəzində heç bir qüdrətin İran tərəfə atəş açmağa imkanı və cürətinin olmadığını qeyd edərək deyib: Əgər İslam İnqilabının önləyici qüdrəti aradan gedərsə, amerikalılar müharibəyə başlayacaqlar və haqq və batil simvolu olaraq İran və ABŞ arasında heç vaxt anlaşma olmayacaq.
İslam İnqilabı Keşikçilər Korpusu Sepah-ın dəniz qoşunları komandanı sonda bildirib: İslam İnqilabı önləyicilik potensialında güclüdür və bu güclülüyə görə düşmən İrana hücum düşüncəsindən vaz keçir.