Sen 22, 2015 19:26 Asia/Baku
  • İran dünyanın azadə xalqlarını dəstəkləyir
    İran dünyanın azadə xalqlarını dəstəkləyir

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi deyib: İranın müdafiə doktrinasının təbii prinsip müsəlman və dünyanın azadə xalqlarını müdafiə etməkdir.

Səhər Beynəlxalq Televiziyasının Sepah Nyuza istinadla verdiyi məlumata görə, ordu generalı Seyid Həsən Firuzabadi bu gün Tehranda Müqəddəs Müdafiə Həftəsinin 35-ci ildönümü ilə əlaqədar keçirilən mərasimin kənarında deyib: İran Silahlı Qüvvələri xalqın və İslam İnqilabının dəstəyi ilə ən yaxşı vəziyyətdədir və tam hazırdır və hər gün yeni texnologiyanı əldə edir.
General Firuzabadi İran Silahlı Qüvvələrinin coğrafi sərhədləri hərtərəfli şəkildə müdafiə etməyə hazır olduğunu bildirərək deyib: Bəzi ölkələr, xüsusilə də Amerikanın İrana qarşı hədələri puç hədədir və İran xalqı heç bir hədədən qorxmur.
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi ABŞ, İsrail rejimi və İngiltərənin regiondakı terror qruplaşmaların cinayətində şərik olduqlarını bildirərək xatırladıb: İran regionda terrorizmlə mübarizə və terror qruplaşmalarını dəstəkləyənlər qarşısında müqavimət göstərmək ardıncadır.
Amerika respublikaçılarının İranla nüvə anlaşmasına qarşı hədələrinə münasibət bildirən Firuzabadinin sözlərinə görə, onlar ABŞ-ın sabiq prezidenti Corc Buşun dövrü şəraitinə qayıtmaq və İranı hərbi hücumla hədələməyi təkrarlamaq ardıncadırlar. Lakin respublikaçılar İranla müharibənin onlar üçün nəticə verməyəcəyini bilsinlər.

Teqlər