Sen 25, 2015 10:47 Asia/Baku
  • Mina hadisəsində həlak olan iranlıların sayı 125-ə çatıb
    Mina hadisəsində həlak olan iranlıların sayı 125-ə çatıb

İranın Həcc və Ziyarət Təşkilatının sədri deyib: Minada Şeytanı Daşlama mərasimindəki hadisədə həlak olan iranlıların sayı 125 nəfərə çatıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Övhədi Minada baş verən qanlı hadisədə ümumilikdə 1300 nəfərdən çox zəvvarın həlak olduğunu bildirərək deyib: Bu sayın 1500 nəfəri keçəcəyi proqnoz olunur.
İranın Həcc və Ziyarət Təşkilatının sədri əlavə edib: Hadisə yaralıların sayı da 2000 nəfərdən çoxdur.
Övhədi bu hadisənin ötən gün səhər baş verdiyini bildirərək əlavə edib: Hadisə baş verdikdən 9 saat sonra nəhayət bu yol açıldı və həlak olanların cəsədləri dörd morqa göndərildi.
Övhədi yanlış təşkilatçılıq, təlim keçməmiş qüvvələrdən istifadənin olunması, hazırlığın olmaması və səudiyyəli məmurların yanlış idarəçiliyini Mina hadisəsinin baş verməsi və onun tələfatının yuxarı olmasının əsas səbəbləri adlandırıb və deyib: Səudiyyəlilərin məsuliyyətsizliyi və yanlış təşkilatçılığı Mina hadisəsinin əsas amilidir.
İranın Həcc və Ziyarət Təşkilatının sədri əlavə edib: Hadisə səudiyyəli məmurların koordinasiya olmadan Rəmy Cəmaratda bir istiqaməti bağlaması və zəvvarların 4 yerdə bir-biri ilə üz-üzə gəldiyi zaman baş verib.
İranın Həcc və Ziyarət Təşkilatının sədri həmçinin bəzi koordinasiyaların olunmaması və zəvvarlara yardımın çatdırılması məqsədilə İran xilasedicilərinə icazənin verilməməsinə görə, Səudiyyə Ərəbistanı rəsmilərini tənqid edib.

Teqlər