Minada müsəlmanların qırğınına qarşı çıxanlar Ərəbistan səfirliyini daş-qalaq ediblər
Sen 27, 2015 21:37 Asia/Baku
Bir qrup iranlı tələbə və inqilabçı xalq bazar günü axşam Ərəbistan səfirliyi önünə toplaşaraq, Minada müsəlmanların qırğınına qarşı öz etirazını bildirb və bu səfirliyi daşa basıbdır.
Bu məlumata görə, aksiya iştirakçıları "Ali-Səud rejiminə ölüm!", "Amerikaya ölüm!" və "Ali-Səud xaindir!" kimi şüarlar verərək, Ali-Səud rejiminin hərəkətlərinə qarşı öz nifrətlərini bildiriblər.Sayı təqribən iki yüz-üç yüz nəfər arasında olan etirazçılar hiddətlə Ərəbistan səfirliyinə tərəf daş atıblar.