Zərif: Terrorizmlə əsaslı və köklü mübarizə aparılmalıdır
https://azeri.sahartv.ir/news/İran-i198072-zərif_terrorizmlə_əsaslı_və_köklü_mübarizə_aparılmalıdır
İran xarici işlər naziri terrorizmlə mübarizənin aparılması üçün əsaslı və köklü mübarizənin formalaşmasının vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2015 06:55 Asia/Baku
  • Zərif: Terrorizmlə əsaslı və köklü mübarizə aparılmalıdır
    Zərif: Terrorizmlə əsaslı və köklü mübarizə aparılmalıdır

İran xarici işlər naziri terrorizmlə mübarizənin aparılması üçün əsaslı və köklü mübarizənin formalaşmasının vacibliyini vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif terrorizmlə mübarizə üzrə Rusiyanın qətnaməsinin ilkin araşdırılması məqsədilə keçirilən BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib: Hədələrin sərhəd tanımadığı qloballaşma əsrində radikallıq hələ də yayılmaqdadır və yaxın və uzaq bölgələri əhatə edir.
Zərif deyib: Nigaranedici haldır ki, hələ də xarici terrorçuların İraq və Suriyaya getmələri prosesi genişlənməkdədir və bu məsələ bu cərəyana nəzarət olunması üçün beynəlxalq səylərin heç bir vəchlə yetərli olmadığını göstərir.
Terrorizmə qarşı vahid cəbhənin təşkil olunması və bu məqsədlə əhatəli bir proqramın tənzimlənməsinə dair İran prezidentinin təklifinə münasibət bildirən Zərifin vurğulayıb: Belə bir cəbhənin təşkil olunması buna görə zəruridir ki, təhdidlər davam edir, insanların vəziyyəti çox acınacaqlı olub və mövcud beynəlxalq koalisiya da öz məqsədlərinə nail ola bilməmişdir.
İran xarici işlər naziri terrorçuların maliyyə cəhətindən təmin olunması, onların qüvvə toplaması və sərhədlərdən azad şəkildə gediş-gəlişlər etmələrinin qarşısının alınması istiqamətində bütün region ölkələrinin səfərbər olması üçün lazımi tədbirlərin görülməsinə toxunub və deyib: Sui-istifadə olunan ifratçılığı alovlandırmaq üçün Fələstin ərazilərinin işğalı və İsrail rejiminin Fələstin xalqına qarşı cinayətlərinin davam etməsini nəzərə aldıqda terrorizmə qarşı əhatəli addım proqramında bu məsələyə də xüsusi önəm verilməlidir.