Zərif və Müəllim Nyu-Yorkda məsləhətləşiblər
Okt 02, 2015 10:56 Asia/Baku
-
Zərif və Müəllim Nyu-Yorkda məsləhətləşiblər
İran İslam Respublikası və Suriya xarici işlər nazirləri Yaxın Şərq regionunun prosesləri barədə məsləhətləşmə aparıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Məhəmməd Cavad Zərif və Vəlid Müəllim BMT Baş Assambleyasının 70-ci sessiyasının kənarında Yaxın Şərq, xüsusilə də Suriya prosesləri və regiondakı mövcud böhranlara son qoyulmasının yolları barədə fikir mübadiləsi aparıblar.İran İslam Respublikası və Suriya xarici işlər nazirləri regionda, o cümlədən Suriyada terrorizm və radikallıqla mübarizənin davam etdirilməsini vurğulayıblar.
İran xarici işlər naziri bu görüşdə İranın Suriya dövləti və xalqını terrorizmlə mübarizədə dəstəklədiyinə toxunaraq bu ölkə böhranının diplomatik və suriyalı qruplar arasında danışıqlar yolu ilə həll olunmasını vurğulayıb.