Okt 03, 2015 12:10 Asia/Baku
  • Əfxəm: Zərif və Kerri Suriya barədə müzakirə aparmayıblar
    Əfxəm: Zərif və Kerri Suriya barədə müzakirə aparmayıblar

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İranın xarici işlər naziri və Amerika dövlət katibinin görüşündə müştərək addım üzrə əhatəli proqram məsələsi və sanksiyaların ləğv edilməsi tərzi barədə danışılıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm şənbə günü ISNA ilə müsahibədə bəzi Qərb medialarının İranın xarici işlər naziri və Amerika dövlət katibinin görüşündə Suriya məsələsinin də araşdırıldığını iddia etdikləri bəzi xəbərlərə toxunaraq, əlavə edib: Bəzilərində iranlı mənbələrə də istinad edildiyi bu xəbərlər saxta və etibarsızdır.
Nyu-York vaxtı ilə cümə günü axşam BMT Baş Assambleyasının 70-ci sessiyası kənarında İranın xarici işlər naziri və Amerikanın dövlət katibi arasında ikinci görüş keçirilib.

Teqlər