Okt 08, 2015 17:44 Asia/Baku
  • 
İran Frankfurt kitab sərgisini boykot etdi
    İran Frankfurt kitab sərgisini boykot etdi

İranın Mədəniyyət və İslami İrşad Nazirliyi islam ölkələrini Beynəlxalq Frankfurt Kitab Sərgisinin təşkilatçılarının təhrikedici hərəkətləri qarşısında mövqe sərgiləməyə çağırıb.

İranın Mədəniyyət və İslami İrşad Nazirliyi çərşənbə günü bir bəyanat verərək bildirib: Təəssüflər olsun ki, Beynəlxalq Frankfurt Kitab Sərgisinin təşkilatçıları elan olunan mədəniyyət məqsədləri ilə açıq-aşkar ziddiyyətdə söz azadlığı adı altında islam dünyasında mənfur şəxslərdən birini dəvət edib və "Şeytan Ayələri" kitabının mülhid yazarı Salman Rüşdi üçün bu sərgidə çıxış etmək fürsəti yaradıblar.
İranın Mədəniyyət və İslami İrşad Nazirliyi Beynəlxalq Frankfurt Kitab Sərgisinin təşkilatçılarının qeyri-mədəni hərəkətinə etiraz edərək öncədən hazırlıq görməsi və çoxlu vəsaitlər xərcləməsinə baxmayaraq bu sərgidə iştirak etməkdən imtina edib və digər islam ölkələrini də bu təhrikedici hərəkət qarşısında mövqe sərgiləməyə çağırıb.
27 il öncə Salman Rüşdinin əziz islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s), onun ailəsi və səhabəsinə qarşı təhqirlər və hörmətsizliklərlə dolu və islam və Quran-Kərim barəsində aşağılayıcı ibarətlərin istifadə olunduğu roman formasında qələmə aldığı "Şeytan Ayələri" kitabı Londonda çap olunub.
Bu hörmətsizliyin ardınca, İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (rə) fitva verərək Salman Rüşdini mülhid elan edib.

Teqlər