Rusiya terrorizmlə mübarizə üçün İranla məşvərət edibdir
Okt 10, 2015 15:06 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib ki, Rusiya İŞİD-in Suriyadakı mövqelərinə hücumdan öncə terrorizmlə mübarizə hədəfi ilə koalisiyanın təşkili üçün İranla məşvərətlər aparıbdır.
ISNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani şənbə günü Tehranda Polşa Senatının sədri ilə görüşdən sonra müxbirlər qarşısında Rusiyanın İŞİD-in Suriyadakı mövqelərinə qarşı hava hücumlarının dəyərləndirilməsində əlavə edib: Rusiya böyük diqqətlə əməl edib, amma görmək lazımdır ki, bu addımlar nə qədər davam edəcək və hansı keyfiyyətlə olacaq.Laricani həmçinin Polşa Senatı sədrinin İrana səfərindən razılıq edib, iki ölkənin yüz illər boyu yaxşı və yaxın əlaqələrə malik olduğunu bildirərək, deyib ki, Polşa xalqından təqribən 120 min nəfər ikinci dünya müharibəsində İrana sığınıb və İran olduqca böyük hörmətlə onları qəbul edibdir.
İran İslam Şurası Məclisinin sədri bildirib ki, Polşa Senatının sədri ilə birgə iclasda iqtisadi həmkarlıqların genişlənməsi və parlament əməkdaşlığı sahəsində söhbət edilib. O, deyib ki, bu iclasda neft, qaz, gəmi və vaqon qayırma və sair sahələrdə investisiya barədə fikir mübadiləsi aparılıb.
Polşa Senatının sədri Boqdan Boruseviç İran İslam Şurası Məclisi sədrinin dəvəti ilə cümə günü gecə yüksək vəzifəli bir parlament heyəti ilə Tehrana daxil olub.