Okt 11, 2015 11:19 Asia/Baku
  • Şəhid general Hüseyn Həmədaninin cənazəsi Tehranda müşayiət olundu
    Şəhid general Hüseyn Həmədaninin cənazəsi Tehranda müşayiət olundu

Şəhid general Hüseyn Həmədaninin cənazəsi bu gün səhər ölkənin hərbi və siyasi rəsmilərinin habelə, müxtəlif təbəqədən olan insanların iştirakı ilə Tehranda müşayiət olundu.

Şəhid general Hüseyn Həmədaninin cənazəsi Tehranda müşayiət olunduqdan sonra, Həmədana aparılacaq və doğulduğu diyarda son mənzilə müşayiət ediləcək.

General Hüseyn Həmədani İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın komandanlarından və İranın Suriyadakı yüksək səviyyəli hərbi attaşelərindən idi. O, cümə axşamı Suriyada şəhid edilib.

General Hüseyn Həmədani bərabər olmayan döyüş taktikaları üzrə təcrübəli mütəxəsis kimi İrana qəbul etdirilmiş müharibədə iştirak, Tehranın Məhəmməd Rəsulallah(s.ə.s) korpusuna komandanlıq və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandan məsləhətçisi kimi təcrübə dolu bir keçmişə malik olub.

Teqlər