Okt 12, 2015 15:07 Asia/Baku
  • Nüvə anlaşmasından sonrakı fürsətdə birlik və həmrəyliyə ehtiyac var
    Nüvə anlaşmasından sonrakı fürsətdə birlik və həmrəyliyə ehtiyac var

İran prezidenti deyib ki, nüvə anlaşmasından sonrakı fürsətdə birlik və həmrəyliyə ehtiyac var.

İran prezidenti Həsən Ruhani Mazandaran ostanına olan 23-cü ostan səfəri zamanı Sari şəhərində əhali qarşısında deyib: Rəhbərliyin dühası, xalqın və işbilən diplomatların müqaviməti sayəsində İran İslam Respublikası beynəlxalq səhnədə qəhrəmancasına mülayimliklə qüdrətli anlaşmaya nail oldu.
Ruhani bildirib: Bu, İran xalqının iftixarıdır ki, qüdrətlə İrana qarşı haqsız, zalımcasına və yanlış qətnamələr qəbul edən BMT Təhlükəsizlik Şurasını qabaqkı qətnamələrini ləğv etməyə məcbur etdi.
İranın icra hakimiyyətinin sədri deyib: İran məntiq, birlik, müqavimət, eləcə də xalqa və silahlı qüvvələrə söykənərək, təklikdə və vahid şəkildə dünya qüdrətləri qarşısında dayana və elə bir şəraitdən çıxa bildi ki, Təhlükəsizlik Şurası İranı BMT əsasnaməsinin yeddinci fəslində qərar verərək, ölkəni savaş, təzyiq və sanksiya kimi təhlükəli bir yolda qoymuşdu.
İran İslam Respublikası prezidenti əlavə edib: İran xalqı problem və sanksiyalar qarşısında mərdlik və rəşadətlə dayandı və sanksiyalardan sonra da əl-ələ verəcək ki, iqtisadiyyatda davamlı bir rövnəq yaransın.
İran Milli Təhlükəsizlik Ali Şurasının sədri habelə İran İslam Şurası Məclisi üzvlərinə nüvə anlaşması layihəsinin külliyatını qəbul etmələrinə görə təşəkkür edərək, bildirib ki, bu layihə İran xalqının istəyi əsasında olub.
İran prezidenti bazar ertəsi günü birgünlük səfərdə Mazandaran ostanının Sari şəhərinə daxil olub.

Teqlər