NANO texnologiyası festivalı və sərgisində texnoloji nailiyyətlər nümayiş etdirilib
Okt 12, 2015 18:22 Asia/Baku
Nano texnologiyası festivalı və sərgisi hər il iranlı tədqiqatçıların səylərinin məhsulu olan NANO sahəsindəki texnoloji nailiyyətləri nümayiş etdirir.
Bu festival və sərginin keçirilməsində məqsəd, texnoloqların sənaye işçiləri ilə əlaqələrinin asanlaşdırılması və İranın nano sənayesi və tədqiqat nailiyyətlərinin xalqa və rəsmilərə təqdimidir.Nano texnologiyası üzrə səkkizinci festival da 160-dan çox orqanın iştirakı ilə Tehranda beynəlxalq sərgilərin keçirildiyi daimi məkanda keçirilib.
Nano texnologiyası üzrə səkkizinci festivalda nano sahəsində 31 ilkin layihə mövcud olub. Həmçinin sağlamlıq, təchizat, nanomaddələr, laboratoriya, toxuculuq və sair sahələrdə fəaliyyət göstərən şirkətlər və məhsullar da bu sərgidə iştirak ediblər.
Nano Texnologiyasının İnkişafı Qərargahı ölkədə iş yerləri və sərvətin yaradılması və nano texnologiyasına söykənən layihələrin ticariləşdirilməsi istiqamətində "Yenilikçilik layihələri proqramı(Nano Matç)" formasında texnologiya məhsullarını dəstəkləyir.