Okt 12, 2015 20:16 Asia/Baku
  • İran və Yaponiyanın xarici işlər nazirlərinin mətbuat konfransı
    İran və Yaponiyanın xarici işlər nazirlərinin mətbuat konfransı

İranın xarici işlər naziri İran-Yaponiya həmkarlıqlarının iqtisadi sahələrdə, xüsusən investisiya və müştərək istehsal sahəsində genişlənməsi və özəl sektorun iştirakı üçün lazımi sahələrin mövcud olmasından xəbər verib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda yapon həmkarı ilə birgə mətbuat konfransında deyib ki, Yaponiyanın xarici işlər naziri ilə xüsusən sanksiyalardan sonrakı dövrdə ikitərəfli həmkarlıqların daha da genişlənməsi sahələri və qarşılıqlı əlaqələr barədə yaxşı müzakirələr aparıb.
İranın xarici işlər naziri söyləyib: Regional həmkarlıqlar, ekstremizm və terrorizm, eləcə də narkomaddələrlə mübarizə üçün Yaponiya ilə məşvərətlər davam edəcək.
Yaponiyanın xarici işlər naziri Fumio Kişida da qarşılıqlı iqtisadi əməkdaşlıqların xüsusən nüvə anlaşmasının icrasından sonra inkişafını alqışlayaraq, iki ölkə həmkarlıqlarına əhatəli nəzarət üçün İran-Yaponiya Əməkdaşlıqlar Şurasının təsisindən xəbər verib.
Kişida əlavə edib: İki tərəf razılığa gəlib ki, MAQATE vasitəsi ilə şəffaflaşdırma və nüvə təhlükəsizliyi sahəsində nüvə anlaşmasının icra olunacağı gündən sonra əməkdaşlığa malik olmuş olsun.
Yaponiyanın xarici işlər naziri habelə İranın region hadisələrindəki mühum roluna toxunaraq, vurğulayıb ki, İran tarixi regional bir fövqəlqüdrət kimi ifratçılıqla mübarizədə mühüm rol oynaya bilər.

Teqlər