İnqilab Rəhbərinin iranlı istedadlar qarşısında bəyanatı
Okt 14, 2015 16:10 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri: Gənclərdə hazırkı və gələcək vəziyyətlə bağlı bədbinlik yaratmaq İran xalqına xəyanətdir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün iranlı istedadlı gənclər ilə görüşdə İslam İnqilabını və İranda olan hazırkı təhlükəsizliyi bu gənclərin çiçəklənməsində təsirli adlandırıblar.İslam İnqilabının Böyük Rəhbəri şəhid general Hüseyn Həmədani kimi simaları İranda təhlükəsizliyin keşikçilərindən adlandırıb və deyiblər: Təhlükəsizliyin olmadığı yerdə heç bir şey yoxdur.
Həzrət Ayətullahülüzma Xamenei deyiblər: elmi inkişafın göstəricisi olan elmi mərkəzlər İran İslam Respublikasının xeyrinə şəhadət verirlər. Halbuki, bəziləri rəsmi və qeyri-rəsmi tribunalardan bu inkişafı inkar və qarabasma hesab edirlər.
O həzrət istedadlı gənclərin cihadçı hərəkətlərdə iştirakını vurğulayaraq, deyiblər: Ölkənin istedadları rəsmilərin gözlərindən yayınan problemlər ilə tanış olmalı və bilməlidirlər ki, cihadçı hərəkətlər Avropasayağı hərəkətlərdən daha şərəfli və faydalıdır.
ardı var...