İran və Almaniya münasibətlərin hərtərəfli inkişafı yolunda
Okt 17, 2015 10:59 Asia/Baku
Almaniya xarici işlər naziri Berlin və Tehran müzakirələrinin önəmini iki ölkə münasibətlərinin hərtərəfli inkişaf etdirilməsi adlandırıb.
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Tehranda, İran rəsmiləri ilə görüşlərində nüvə anlaşması üzrə Hərtərəfli Müştərək Addım Proqramının icrası mərhələləri və iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi yolları barədə danışıqlar aparacağını bildirib.Frank Valter Ştaynmayerin dediyinə görə, İran və Almaniya iqtisadiyyat sahəsində əməkdaşlıq üçün bir çox zəminlərin olduğunu da qeyd edib.
Almaniya xarici işlər naziri həmçinin deyib: Almaniya sənayesi hazırda, İran ilə nüvə anlaşmasının əldə olunmasının ardınca, sanksiyaların ləğv edilməsindən sonrakı dövr üçün İranda yeni əməkdaşlıq fürsətlərini dəyərləndirməyə maraqlıdırlar.
Almaniya xarici işlər naziri Münhen təhlükəsizlik konfransına hazırlıq iclasında iştirak etmək və İran rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün bu gün səhər Tehrana daxil olub.