Okt 17, 2015 16:03 Asia/Baku
  • İran xarici işlər naziri Tehranda keçirilən Münhen Təhlükəsizlik Konfransına hazırlıq iclasında çıxış edib
    İran xarici işlər naziri Tehranda keçirilən Münhen Təhlükəsizlik Konfransına hazırlıq iclasında çıxış edib

İran İslam Respublikası xarici işlər naziri deyib: İran dünyaya sübut etdi ki, nüvə proqramı dinc məqsədlər üçündür və İrana qarşı bütün ittihamlar əsassız, siyasi və iqtisadi təzyiqlər ədalətsizdir.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif şənbə günü Tehranda, Münhen Təhlükəsizlik Konfransına hazırlıq iclasında ötən illər ərzində dinc məqsədlər üçün olan nüvə fəaliyyətləri ilə əlaqədar İrana olan təzyiqlərə işarə edərək, deyib: Ötən bir neçə ildə İrana qarşı sanksiyalar daha da artırıldı və hətta, İran təhdid edildi. Amma, bunların heç biri nəticə vermədi.

Zərif həmçinin, region ölkələrinin ifratçılıq və terrorçu qruplaşmaların bütün region üçün təhdid olduğunu anlamalı olduqlarını bildirib və deyib: Onlar başa düşməlidirlər ki, İŞİD heç kim üçün sərmayə deyil.

Teqlər