Almaniya xarici işlər naziri İran parlamentinin sədri ilə görüşüb
Okt 18, 2015 15:05 Asia/Baku
İran İslam Şurası məclisinin sədri və Almaniya xarici işlər naziri ikitərəfli münasibətlər habelə, regional və beynəlxalq məsələlər barədə danışıqlar aparıblar.
İran İslam Şurası Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, Əli Laricani bazar günü Tehranda Frank Valter Ştaynmayer ilə görüşdə deyib: Almaniyanın İranın nüvə işinin həll edilməsi prosesindəki səyləri, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində təsirli olacaq.Laricani nüvə müzakirələrinin ardınca İran və Almaniya arasında imzalanan anlaşma sənədlərinə işarə edərək, deyib: İran İslam Respublikası Almaniya ilə əlaqələrin siyasi, iqtisadi və elmi sahələrdə inkişaf etdirilməsində maraqlıdır.
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer də bu görüşdə deyib: Almaniya İranınnüvə işinin konstruktiv şəkildə həll edilməsinə və İranın digər ölkələr ilə öz əlaqələrini yenidən bərpa edə bilməsinə xeyli çalışdı.
Ştaynmayer əlavə edib: Şübhəsiz İran və Almaniya arasındakı itirilmiş əməkdaşlıq fürsətlərini ən qısa zamanda kompensasiya etmək lazımdır. Buna görə də hər iki tərəf ikitərəfli əlaqələrin gələcəyi üçün lazım olan şəraiti yaratmalıdırlar.