İnqilab Rəhbəri sərkərdə şəhid Həmədaninin mənzilində olublar
Okt 19, 2015 11:09 Asia/Baku
-
İnqilab Rəhbəri sərkərdə şəhid Həmədaninin mənzilində olublar
İslam İnqilabının Böyük Rəhbəri bazar günü gecə sərkərdə şəhid Həmədaninin mənzilində olublar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei sərkərdə şəhid Həmədaninin mənzilində olub, şəhidin ailəsini ziyarət edərək, o başıuca sərkərdənin şəhadəti ilə bağlı başsağlığı veriblər.Həzrət Ayətullahuluzma Xamenei sərkərdə şəhid Həmədaninin təhlükə meydanlarındakı səmimiyyət və mücahidliyinə işarə edərək, bu şövqlü taleyi haqq yolu mücahidlərinin çoxdankı arzusu adlandırıb və belə deyiblər: Allah-Taala şəhadət qapısını öz səmimi bəndələri üçün açıq qoyub və şəhid Həmədani kimi mücahid və nümunələrin şəhadətdən başqa bir yolda ölmələri heyfsləndirici olardı.
İnqilab Rəhbəri şəhid Həmədaninin cənazəsinin müşayiət mərasiminin Tehranda əzəmətlə və Həmədanda misli az görünmüş surətdə həyata keçməsini bu böyük şəhidin səmimiliyi qarşısında ilahi mükafatın təzahürü adlandırıb və bildiriblər ki, bu heyranedici iştirak o şəhidin cazibədarlığı və səmimilyindən irəli gəlir.
O həzrət həmçinin şəhid Həmədaninin həyat yoldaşı və ailəsinin səbri və şükretmələrini yüksək dəyərləndirib, şəhidlərin ailələrinin onların əcrində paya malik olduqlarına toxunaraq, belə qeyd ediblər: Cəmiyyətdə şəhadət silsiləsinin davam etməsi və bu böyük nemətin günbəgün artan rövnəqi və səfası elə bu səbirlər və şükretmələrə borcludur.