Okt 19, 2015 12:26 Asia/Baku
  • İran ordusunun Məhərrəm manevrinin yekun mərhələsi
    İran ordusunun Məhərrəm manevrinin yekun mərhələsi

İran İslam Respublikası ordusunun ölkənin qərbi və şimal-qərbindəki müştərək manevrinin yekun mərhələsi başlanıb.

IRIB-nin məlumatına görə, İran İslam Respublikası ordusu komandanının icra müavini və Məhərrəm manevrinin sözçüsü general-mayor Məhəmməd Mahmudi deyib: Yekun mərhələsində hava qüvvələrinin qırıcı-bombardmançı təyyarələrinin dəstəyi ilə sürətli reaksiya qüvvələrinin addımları; əməliyyat məntəqələrinə desant salınması; döyüş vertolyotlarının atəşi; vertolyot, pilotsuz və F-4 qırıcıları ilə hava çəkilişi və artilleriyanın ağır atəşinin icrası; həmçinin Saiqə və F-5 qırıcıları ilə nəfərlərin toplanma mərkəzləri və geniş məntəqələrin bombalanması, eləcə də Mesbah hava hücumundan müdafiə sisteminin açılışı həyata keçirilib.
Müdafiə qabiliyyətlərinin yüksəldilməsi, müasir təlimlər səviyyəsinin qaldırılması, qüvvələr və təchizatların sürətli yerdəyişməsinin məşq edilməsi, çətin mühit şəraitində addım atmanın təlimi və hava hücumundan müdafiə məntəqələrində taktiki istiqlaliyyətin məşqi Məhərrəm manevrinin hədəflərindəndir.
Məhərrəm manevrinin mesajı, İranın dostları və qonşu ölkələri üçün sülh, dostluq və həmrəylik və düşmənlərin təhdidlərinə cavab üçün hazırlığın elan olunmasıdır.
Məhərrəm manevrində İran ordusunun ən yeni təchizat və taktikaları işlədilib və bu manevrdə yanacaq və nəqliyyat təyyarələri, qırıcı-bombardmançı təyyarələr iştirak edirlər.

Teqlər