İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı
Okt 19, 2015 19:54 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri Qərb dövlətləri və insan haqları iddiasında olan təşkilatların son dərəcə kədərli Mina faciəsi qarşısında susmalarını tənqid ediblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bazar ertəsi günü İranın həcc mərasimi üzrə məsul şəxsləri ilə görüşdə son dərəcə kədərli və heyrətləndirici Mina faciəsini ilahi sınaqlardan adlandıraraq, vurğulayıblar: Bu böyük müsibət əsla unudulmamalıdır və İranın diplomatiya aparatı və Həcc Təşkilatı bu məsələni qətiyyətlə izləməyə borcludurlar.Həzrət Ayətullahuluzma Xamenei ev sahibi olan hökumətin yeddi min müsəlmanın həlak olması qarşısındakı məsuliyyətinə toxunaraq, deyiblər: Bu hadisədən sonra İslam dünyasının vahid və etiraz səsi ucalmalı idi, amma təəssüflə, İran İslam Respublikasının səsindən başqa heç bir səs eşidilmədi və hətta zəvvarları, həlak olanlar arasında olan hökumətlər belə, bu faciə qarşısında etina olunan bir etiraz etmədilər.
İslam İnqilabının Böyük Rəhbəri Mina faciəsinin izlənilməsi, macəranın önəminin bəyanı üçün hökumətlərlə danışığı və onun təkrarlanmasının qarşısının alınması yollarının araşdırılmasını iranlı rəsmilərin, xüsusən İranın diplomatiya aparatının mühüm vəzifəsi adlandırıb və belə əlavə ediblər: Zahirdə macəra göstərir ki, bu faciə ev sahibliyi edən hökumətin səhlənkarlığı nəticəsində baş verib, amma hər bir halda, bu məsələ siyasi bir məsələ deyil, əksinə bu məsələ ehram libası ilə həcc mərasimini yerinə yetirərkən və ibadətdə olarkən həlak olan minlərlə müsəlman barədə olan bir məsələdir və ciddi surətdə izlənilməlidir.
O həzrət Avropa və Amerikanın insan haqları iddiasında olan orqanlarının susmalarını izlənilməli olan digər cəhətlərdən sayaraq, belə qeyd ediblər: İnsan haqları iddiasında olan yalançı və münafiq orqanlar, həmçinin bəzən bir nəfərin ölməsi üstündə dünyada böyük qalmaqal qoparan Qərb hökumətləri bu macərada özlərinin yoldaşları olan hökumətin xeyrinə susublar.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Bu insan haqları iddiaçıları əgər sədaqətli olsaydılar, bu faciə amillərinin cəzalandırılmaları, bu faciənin təkrarlanmayacağına zəmanəti, xəsarətin kompensasiyasını və cavabdehliyi tələb edərdilər.
İslam İnqilabının Böyük Rəhbəri bu mühüm məsələnin gündəmdə saxlanılmasını və tələblər üçün izlənilməni Həcc Təşkilatının vəzifəsi adlandırıb və belə əlavə ediblər: Bu məsələ sükut və unutqanlıqla keçib getməməli, illər boyu beynəlxalq təşkilatlarda qaldırılmalıdır; bu hərəkətin hədəf nöqtəsi də Qərb hökumətləri və insan haqları iddiasında olan təşkilatlar olmalıdırlar.
İslam İnqilabının Böyük Rəhbərinin çıxışından öncə Vəliyyi Fəqihin nümayəndəsi və iranlı hacıların başçısı Höccətulislam vəlmuslimin Seyid Əli Qazi Əsgər builki həccdə göstərilmiş fəaliyyətlər haqda hesabat verib, Məscidulhəram hadisəsi və kədərli Mina faciəsi barədə görülmüş tədbirləri şərh edərək, deyib: Bu faciə səudiyyə başçılarının tədbirsizlikləri və zəif idarəçiliklərinin məhsulu olubdur ki, məsul orqanların həmkarlığı ilə onun hadisə və faciələri izləniləcəkdir.
İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Ouhədi də Mina faciəsində məzlumcasına həlak olanların cəsədlərinin İrana köçürülmələri və bu faciədə zədələnmiş şəxslərin məsələlərinə baxılması ilə bağlı söyləyib: Yerdə qalan iranlı həlak olanların vəziyyətinin təyin olunması üçün ciddi izləmələr digər orqanların əməkdaşlığı ilə ardıcıl surətdə həyata keçiriləcək.