Okt 23, 2015 09:17 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Tasua axşamı əzadarlıq mərasimi keçirilib
    İnqilab Rəhbərinin iştirakı ilə Tasua axşamı əzadarlıq mərasimi keçirilib

Tasua axşamı əzadarlıq mərasimi İslam İnqilabının Böyük Rəhbəri, ölkə rəsmiləri və müxtəlif təbəqədən olan xalq kütləsinin iştirakı ilə İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirilib.

Bu mərasimdə höccətülislam Əlirza Pənahiyan İslam tarixində nüfuz amillərinə işarə edərək, bu insanlar tərəfindən İslam İctimaiyyətinə dəyən zərər və ziyanlardan danışıb: "Təfriqə və ixtilaf düşmənin nüfuzuna yol açan zəminlərdəndir. Buna görə də düşmənin nüfuzunu önləmək üçün, düşməni və onun nüfuz yollarını tanımaq habelə, təsir altına düşən insanların qərarların çıxarıldığı və qəbul olunduğu mərkəzlərdə yer almasına icazə verməmək lazımdır.
Höccətülislam Pənahiyan vilayətdən yayınmanı təsir altına düşmənin nişanələrindən adlandırıb və deyib: Daxili qüdrətə inanmaq və iqtidar ünsürlərini gücləndirmək düşmənin nüfuz yollarını bağlayır və ölkə rəsmilərinin rəftarları elə olmalıdır ki, düşmənin ümidlərini ümidsizliyə çevirsin.
Həmçinin, bu mərasimdə Əhl Beyt(ə) məddahları mərsiyə və növhələr oxuyublar.
İmam Hüseyn(ə) üçün əzadarlıq mərasimləri İnqilab Rəhbərinin iştirakı ilə 25 oktyabra kimi davam edəcək.

Teqlər