İran və İngiltərə regional böhranları araşdırır
Okt 23, 2015 22:02 Asia/Baku
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini London səfəri və İngiltərə rəsmiləri ilə görüşlərinin nəticəsini, Suriya, Yəmən, İraq, Bəhreyn və Liviya ilə bağlı regional böhranları ilə bağlı aparılan danışıqları konstruktiv adlandırıb.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan cümə günü İngiltərəyə olan səfərinin sonunda, səfərin nəticələri barədə deyib: İngiltərə rəsmiləri ilə görüşlərdə regional böhranların doğru şəkildə dərk edilməsi və İngiltərənin regional böhranlarla bağlı mövqeyində hiss olunacaq dərəcədə dəyişikliyin olması vurğulanıb. Həmçinin,həll yolu olaraq siyasi həll yollarına diqqətin göstərilməsinə təkid edilib.Əmir Abdullahiyan əlavə edib: İngiltərə rəsmiləri ilə görüşlərdə regional böhranlarla bağlı hərbi seçimdən istifadənin vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olduğu da təkid edildi və bildirildi ki, bu kimi metodlardan istifadə terrorizm və ifratçılığın regionda yayılmasına, milyonlarla insanın didərgin düşməsinə, Avropa daxil olmaqla digər ölkələrə üz tutmasına səbəb olub.