Okt 24, 2015 10:20 Asia/Baku
  • İran Suriya böhranı haqda Vyana iclasına reaksiya verib
    İran Suriya böhranı haqda Vyana iclasına reaksiya verib

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini deyib: Suriya qarşısında ən vacib addım bu ölkənin qonşularla sərhədlərinə nəzarət olunması və terrorizmlə real mübarizə ilə paralel olaraq siyasi prosesin izlənməsidir.

İran xarici işlər nazirinin Ərəb və Afirka ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian ABŞ, Rusiya, Ərəbistan və Türkiyə xarici işlər nazirlərinin Suriya haqda Vyanadakı iclasına reaksiyada deyib: Hazırda hamı Suriyada siyasi prosesin güclənməsinə kömək etməli və sonunda bu ölkə xalqı öz ölkəsi barədə qərar verməlidir.
Hüseyn Əmir Abdullahian əlavə edib: İndiyə qədər terrorçuları gücləndirməklə Suriyada mənfi rola malik ölkələr hazırda Suriyada konstruktiv rolu düşünməlidirlər.
"İran Suriyada terrorizmlə mübarizədə BMT və Rusiyanın səylərini dəstəkləyir" deyən Əmir Abdullahianın sözlərinə görə, İran Avropa Birliyi, region ölkələri ilə məsləhətləşmələr apararaq Suriyada həqiqi siyasi həll yollarına diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayır.
İran xarici işlər nazirinin müavini həmçinin Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsinə reaksiyada bildirib: Yəmənin məzlum xalqına hücum zamanı artıq sona çatıb.

Teqlər