Okt 25, 2015 09:22 Asia/Baku
  •  İnqilab Rəhbərinin iştirakı ilə Şami-Qəriban əzadarlığı keçirilib
    İnqilab Rəhbərinin iştirakı ilə Şami-Qəriban əzadarlığı keçirilib

Şəhidlər ağası, Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın və onun vəfalı səhabələrinin əzadarlıq və Şami-Qəriban mərasimi İslam İnqilabının Böyük Rəhbəri, bir qrup məsul şəxs və xalqın müxtəlif təbəqələrindən minlərlə nəfərin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilib.

Bu mərasimdə höccətulislam vəlmuslimin Rəfii bir çıxışda dinin müdafiəsi və onun dəstəklənməsində süstlük etməməyi Həzrət Seyyiduşşuhəda(ə)-ın tarix yaradan qiyamının əsas müraciəti adlandırıb və belə deyib: Qurani-Kərim "Dinin iqaməsi" və "İxtilaf və təfriqədən çəkinmə" kimi iki əsas prinsipə təkid edir və şərəfli rəvayətlərə görə, bu iki prinsipə riayət Əhli-Beyt(ə)-in vilayətinə əsaslanmaqdan asılıdır.
Höccətulislam vəlmuslimin Rəfii dini himayəni və onun həyata keçirilməsini ümumi və hamıya aid olan vəzifə adlandıraraq, əlavə edib: İslami cəmiyyətdə cəmiiyyətin hər bir təbəqəsi həyatda dinin təzahürlərini göstərmək və şəriətin göstərişlərinə əməl etməklə ilahi dinə dəstək və köməkdə öz vəzifəsini əməl etməlidir.
Bu mərasimdə həmçinin mədhiyyəçilər Həzrət Seyyiduşşuhəda(ə)-ın matəmində növhə və mərsiyələr oxuyublar.

Teqlər