Okt 27, 2015 09:54 Asia/Baku
  • İranın hərbi məsləhətçiləri dörd mühüm səviyyədə Suriyada iştirak edirlər
    İranın hərbi məsləhətçiləri dörd mühüm səviyyədə Suriyada iştirak edirlər

İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzedicisi bildirib ki, İranın hərbi məsləhətçiləri strateji, əməliyyat, taktiki, həmçinin texniki-yardım kimi dörd səviyyədə Suriyada fəal iştiraka malikdirlər.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan əvəzedicisi general-mayor Hüseyn Səlami dünən gecə İranın ikinci telekanalının xüsusi xəbər dialoqu verilişində deyib: İranın hərbi məsləhətçiləri xalq səfərbərliyi sahəsindəki dəyərli təcrübələrini suriyalılara ötürüblər və Suriyada xalq səfərbərliyi üzrə anlam və əməliyyat mexanizmi icraya qoyulub.
General-mayor Səlami Suriyanın dörd ildən çox beynəlxalq koalisiyanın strateji səyinin təmərükzləşmə nöqtəsində yerləşdiyini bəyan edərək, deyib: Bu koalisiya Amerika, bəzi Avropa ölkələri və onun Ərəbistan kimi regional müttəfiqlərinə şamil olur ki, terrorçulara siyasi, iqtisadi, imkanyaratma, etiqad, maliyyə və insan qüvvəsi baxımından dəstəkllər verirlər.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan əvəzedicisi vurğulayıb ki, beynəlxalq koalisiya sionistlər qarşısında müqavimət mərkəzlərindən birində təxribatçılıq rolunu oynmağa çalışır.
Sepah-ın baş komandan əvəzedicisi sonra bildirib ki, ABŞ-ın birinci planı, dörd il bundan öncə ramazan ayında Suriya hökumətini devirmək, sonra da Livan, İraq və İrana doğru hərəkət etmək olub.
General-mayor Səlami qeyd edib ki, dörd il yarımdan sonra Amerikanın başçılıq etdiyi dağıdıcı beynəlxalq koalisiyanın hədəflərindən heç biri reallaşmadı və Suriya hökuməti mövcud olmaqda davam edir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzedicisi söyləyib: Suriya hegemonçuluq sisteminin İslam İnqilabı ilə qarşılaşma məntəqəsidir və bu ölkədə baş verənlər heç bir vəchlə böyük qüdrətlərin Suriya hökuməti ilə qarşıdurması demək deyil.
Sepah-ın baş komandan əvəzedicisi Rusiyanın Suriyadakı hərbi iştirakı haqda da deyib ki, rusların Suriyaya birbaşa daxil olmalaının səbəbi budur ki, əgər hazırda Suriyada terrorçularla mübarizə aparmasalar, tezliklə onlarla öz sərhədlərində üzləşəcəklər.
General-mayor Səlami həmçinin İraqı Suriya kimi İran üçün mühüm və strateji adlandırıb və vurğulayıb ki, Suriya və İraq hadisələri İran üçün eynidir.

Teqlər