İran Paralmentinin sədri Pakistan və Əfqanıstan xalqlarının kədərini bölüşdü
Okt 27, 2015 19:52 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri ayrı-ayrı müraciətlərdə Pakistan və Əfqanıstanın zəlzələdən zərərçəkmiş xalqlarına başsağlığı verərək, İranın humanitar yardımlara hazır olduğunu bildirib.
Əli Laricani Pakistan Senatının rəhbəri Myan Rza Rəbbani, Pakistan Milli Məclisinin sədri Ayaz Sadiq, Əfqanıstan Parlamentinin sədri Əbdürrəuf İbrahimi və Əfqanıstan Məclisinin sədri Fəzl Hadi Müslümyara ünvanlanmış müraciətlərində bu iki ölkədə baş vermiş dəhşətli zəlzələyə görə başsağlığı verib.Laricani öz müraciətində İran dövləti və xalqının bu iki ölkəyə humanitar yardımlar göndərməyə hazır olduğunu bildirib.
Bazar ertəsi günü Əfqanıstan, Pakistan və Hindistanda baş vermiş güclü zəlzələ çoxlu sayda insanın ölməsinə səbəb olub.
Rixter şkalası ilə 7.7 bal gücündə olan bu zəlzələnin insan tələfatı Pakistanda 350 ölü, 1500 yaralı, Əfqanıstanda isə 230 ölü və yüzlərlə yaralı olub. Hindistanda isə zəlzələ nəticəsində 4 nəfərin həyatını itirdiyi, bir qrup insanın da yaralandığı bildirilir.
Əfqanıstan və Pakistanda zəlzələdən zərərçəkmiş məntəqələrin keçilməz dağlıq ərazilər olmasını nəzərə alaraq, xilasedici qrupların məntəqəyə göndərilməsi ciddi çətinliklərlə üzləşib.