İranın xarici işlər naziri Vyana iclasında iştirak edəcək
Okt 28, 2015 17:09 Asia/Baku
-
İranın xarici işlər naziri Vyana iclasında iştirak edəcək
İranın xarici işlər naziri Suriyanın durumunun araşdırılması məqsədilə keçirilən Vyana iclasında iştirak edəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm deyib ki, İranın cümə günü Vyanada keçiriləcək iclasda iştiraka dəvət olunması əsasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriyanın durumunun araşdırılması məqsədilə yüksək vəzifəli siyasi bir heyətlə bu iclasda iştirak edəcək.Amerika, Rusiya, Ərəbistan və Türkiyə dördtərəfli iclası Suriya böhranını araşdırmaq məqsədilə ötən həftə İranın iştirakı olmadan keçirildi.
Keçmişdə bu məqsədlə keçirilmiş Cenevrə-1 və Cenevrə-2 iclasları heç bir nailiyyət əldə etmədilər.
Yaxın Şərq məsələləri üzrə ekspertlər bu sahədə belə bir qənaətdədirlər ki, İranın iştirakı olmadan region böhranlarının həlli üçün hər bir qərar nəticəsiz qalacaq.
Əfxəm qeyd edib ki, ehtimal üzrə Vyana iclasının kənarında İran və Amerika heyətləri arasında nüvə məsələlərinin koordinasiya iclası və nüvə anlaşmasının icra tərzi barədə bir iclas keçiriləcək.