İran və Pakistan terrorizmlə mübarizədə həmkarlıq edirlər
Okt 28, 2015 18:14 Asia/Baku
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi İran ilə Pakistanın terrorizmlə mübarizə üzrə həmkarlıqlarının genişlənməsini istəyib.
IRIB-nin məlumatına görə, İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani Pakistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri korpus generalı Nasirxan Cəncua ilə görüşdə deyib ki, mədəni ortaqlıqlar və dərin dini bağlılıqlar Tehran ilə İslamabad arasında hərtərəfli həmkarlıqların inkişafı üzrə ən mühüm zəmindir.İranın Milli Təhlükəsizlik Ali Şurası katibinin sözlərinə görə, bəzri regiondan kənar ölkələr və onların regional müttəfiqləri İran-Pakistan sərhədlərini təhlükəli etmək üçün muzdur terrorçu qrupları işə götürmək yolu ilə iki ölkə arasında problem yaratmaq ardıncadırlar.
Pakistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri də Mina faciəsində bir qrup iranlı hacının həlak olması ilə bağlı başsağlığı verərək, deyib ki, bu kədərli hadisənin baş verməsi səbəblərinin dəqiq təyini və onun bir daha baş verməsinin qarşısını almaq üçün təsirli həll yollarının tapılması qaçılmaz bir addımdır.
Pakistan baş nazirinin milli təhlükəsizlik üzrə müşavirinin sözlərinə görə, Pakistan dövləti böyük maraqla İranla hərtərəfli əməkdaşlıqlarda yeni fəslin başlanmasının ardıncadır.