Laricani Əhatəli Müştərək Təşəbbüs Proqramının davamlı şəkildə izlənilməsini vurğulayıb
Okt 30, 2015 12:27 Asia/Baku
-
Laricani Əhatəli Müştərək Təşəbbüs Proqramının davamlı şəkildə izlənilməsini vurğulayıb
İran İslam Şurası Məclisinin sədri Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesinin tam şəkildə izlənilməsini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, Əli Laricani Qum şəhərində böyük təqlid mərcələrinin mənzillərində olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasının davamlı şəkildə diqqət mərkəzində olmasını vurğulayaraq əlavə edib: Qərb tərəfi sanksiyaların ləğvi üçün qaydalar tənzimləməlidir. Lakin ümumilikdə Əhatəli Müştərək Təşəbbüs Proqramının əsas mərhələləri həyata keçirilməyib.Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində həm İranın, həm də qərb tərəfinin addımlar atdığını qeyd edən Laricaninin sözlərinə görə, Avropa və ABŞ sanksiyaların ləğvi üzrə qərarlar veriblər və onun icra zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın addımları üzrə hesabatı ilə şərtlənib. Agentliyin hesabatı verildikdən sonra sanksiyalar ləğv olunacaq.