Regional və beynəlxalq dəyişikliklərdə İranın qüdrəti və təsirediciliyi
Noy 07, 2015 17:19 Asia/Baku
İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin müdiri regional və beynəlxalq dəyişikliklərdə İranın qüdrəti və təsirediciliyini misilsiz və özünəməxsus dəyərləndirib.
İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin müdiri Əli Əkbər Vilayəti IRIB ilə müsahibədə deyib ki, müasir tarixdə və son 400 ildə İran heç vaxt regionda hazırkı qüdrətdə olmayıbdır.İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin müdiri həmçinin İranın regional yerini dəyərləndirərək, əlavə edib: Hazırda regionda heç bir ölkə İranın siyasi-mədəni qüdrəti və vüsəti qədər deyil.
Vilayətinin sözlərinə görə, İranın region xalqları üçün xeyirxahlığı sübut olub, zira İran İslam Respublikası İslam İnqilabından sonrakı illərdə heç bir ölkəyə tamahkarlıqla nəzər salmayıb və sırf olaraq, özünü müdafiə edibdir.
Vilayəti İranın hərbi məsləhətçilərinin Suriya və İraq kimi ölkələrdə olmalarının bu iki ölkə hökumətlərinin dəvəti ilə olduğunu bildirib və deyib ki, hər vaxt bu ölkələrin qanuni hökumətləri istəyiblərsə, biz bu məntəqələrdə iştirak etmişik.
İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin müdiri İranın İraq və Suriyada iştirakını bu ölkələrin xalqları və hökumətlərinə kömək məqsədli adlandırıb və qeyd edib ki, İran İslam Respublikasının bu sahədəki xoşməramlılığı sübut olubdur.
İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin müdiri vurğulayıb ki, İran İslam Respublikası regionun birinci qüdrətidir və xoşməramlılıq və regionun digər xalqlarına köməklə onların kənarında yaşamaq istəyir.