Noy 13, 2015 13:00 Asia/Baku
  • 3-cü Təbriz Rəb Rəşidi Yeni və Modern Texnologiyalar sərgisi
    3-cü Təbriz Rəb Rəşidi Yeni və Modern Texnologiyalar sərgisi

III Təbriz Rəb Rəşidi Yeni və Modern Texnologiyalar sərgisi İranın sənaye, mədən və ticarət nazirinin tədqiqat və texnologiya məsələləri üzrə müavini Əli Əsğər Tofiqin iştirakı ilə fəaliyyətə başlayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, neft, qaz və enerji, elektrik və elektronika, texnologiya və informasiya texnologiyaları, təhlükəsizlik və radar, kimyəvi və polimer, kənd təsərrüfatı, ətraf mühit və tibbi mühəndislik kimi sahələr üzrə 940-a yaxın layihə bu sərgidə müxtəlif pavilyonlarla bir-birinin kənarına toplaşmışdır.
Bu sərgi gənclər, alimlər və mütəxəssislərin potensiallarının aktivləşdirilməsi və modern layihələr və ideyalar üçün münasib iş mühitinin yaradılması istiqamətində özək hesab olunur.
Burada təqdim olunan 70 layihə İranın digər şəhərləri ilə əlaqədədir. Həmçinin Azərbaycan Respublikası Texnologiyalar Parkı və Milli Elmlər Akademiyası da 3 layihə və ideya ilə bu sərgidə iştirak edir.
Texnoloji layihələrin ticarətə çevrilməsi bu sərginin əsas strategiyasıdır. Ötən ilki sərgi ilə builki sərginin əsas fərqi layihələrin xüsusi şəkildə sıralanmasıdır. Belə ki, təhqiqatçılar və layihə sahibləri icraiyyə qurumları və sənayeçilərlə daha yaxşı əlaqə qura bilsinlər.
Bu sərginin keçirilməsində məqsəd elm dövriyyəsinin təkmilləşməsi üçün şəraitin yaradılmasıdır. Belə ki, iş yerlərinin yaradılması, vilayətlərin tədqiqat və texnologiya potensiallarının müəyyənləşməsi reallaşsın. Onların praktikiləşməsi, müəyyənləşməsi və innovativ və modern kəşflərin tanıtdırılması, elm mehvərli ideyalar və layihələrin icraya qoyulması, əsaslı elm sahəsində çalışan şirkətlərin formalaşmasının dəstəklənməsi üzrə şəraitin yaradılması bu sərginin məqsədlərini təşkil edir.
Həmçinin əsaslı elm şirkətlərinə dəstək, texnoloji ideya və layihərin tanıtdırılması istiqamətində Rüb Rəşidi Elm və Texnologiya üzrə beynəlxalq və regional səviyyədə əməkdaşlıq memorandumu imzalanıb.
Bu anlaşmanın imzalanması ilə Təbriz Beynəlxalq Sərgilər məkanında modern və yeni texnologiyalar bazarının daimi məkanı yaradılacaq.
Bu sərgi texnoloji layihələr üçün müştəri cəlb etməklə Təbrizi regionun texnologiya satışı mərzkəzinə çevirməyə çalışır.

Teqlər