Noy 16, 2015 14:59 Asia/Baku
  • Xəzəryanı ölkələrin liman müdirlərinin beştərəfli iclası işə başladı
    Xəzəryanı ölkələrin liman müdirlərinin beştərəfli iclası işə başladı

Xəzəryanı ölkələrin 13 liman müdirlərinin beştərəfli müştərək iclası bazar ertəsi günü İranın Mazandaran vilayətinin mərkəzi olan Sari şəhərinin Əmir Abad limanının ev sahibliyi ilə işə başlayıb.

İRNA-nın məlumatına görə, bu iclas Xəzəryanı ölkələrin 2008-ci ildə Rusiyanın Həştərxan şəhərində baş tutan iqtisadi konfransında əldə olunmuş anlaşma əsasında keçirilir.
Həştərxan anlaşmasının ardınca Xəzəryanı ölkələrin liman müdirləri hər il dövrü qaydada bir limanda iclas keçirərək, yüklərin daşınması və tranzitlə bağlı əməkdaşlıq yollarının asanlaşdırılması yollarını və tərəfləri maraqlandıran digər məsələləri araşdırırlar.
Beştərəfli anlaşma sənədinin imzalanması üzrə müzakirələrin aparılması, nəzarət üzrə anlaşma sənədinin hazırlanması üçün işçi qrupunun yaradılması, sahilə yaxın səfər hüdudlarının müəyyən edilməsi, qəmilər və qayıqların yoxlanılması üzrə əməkdaşlıq sənədinin imzalanması yollarının araşdırılması bu iki günlük iclasın gündəmində duran əsas məsələlərdirlər.
Həmçinin, Xəzər dənizindəki limanların genişləndirilməsi və inkişaf etdirilməsi, əldə edilən son nailiyyətlər, ticarət qaydalarının sadələşdirilməsi, yüklərin yüklənməsi və boşaldılması qaydalarının asanlaşdırılması, gəmiçilik sahəsində əməkdaşlıqların genişləndirilməsi yollarının araşdırılması və özəl sektorun bu sahəyə investisiya qoyması, infrastrukturların genişləndirilməsi və limanların imkanlarından istifadə qaydalarının sadələşdirilməsi, təcrübə mübadiləsi, birgə elmi əməkdaşlıqların həyata keçirilməsi bu iclasın digər məqsədlərini təşkil edir.

Teqlər